“Gəncə” voleybol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Komanda ABŞ voleybolçusu Vanessa Elena Qarsia ilə müqavilə imzalayıb. Voleybolçu ilə müqavilə cari mövsümün sonunadək nəzərdə tutulub.
Voleybolçu 2017-2022-ci illərdə ABŞ-ın “Biola University Eagle”, ötən il isə Almaniyanın “Prowin” klubunda çıxış edib.
“Gəncə” klubu mövsümün yarısında iki rusiyalı voleybolçu – Anna Balberova və Anna Dmitrieva ilə yollarını ayırıb. Klub heyətin formalaşdırılması istiqamətində işləri davam etdirir.