DataLife Engine / Olimpiadaya təsnifat xarakterli badminton yarışı Bakıda keçiriləcək

Olimpiadaya təsnifat xarakterli badminton yarışı Bakıda keçiriləcək

Paris Yay Olimpiya Oyunlarına təsnifat xarakterli badminton yarışı Bakıda keçiriləcək.

Azərbaycan Badminton Federasiyasından Sportaze.az saytına verilən məlumata görə, “Azerbaijan International 2024” Bakı İdman Sarayında gerçəkləşəcək.

Turnir fevralın 8-11-də baş tutacaq. Yarışda dünyanın müxtəlif guşələrindən olan oyunçular öz bacarıqlarını kortda nümayiş etdirəcəklər.


15-01-2024, 17:33
Вернуться назад