Macarıstanın Erd şəhərində keçirilən sumo üzrə beynəlxalq turnirdə böyüklər arasında Sadiq Ağamaliyev mütləq çəkidə qızıl, 115 kq çəki dərəcəsində isə gümüş medal qazanıb.
Sportaze.az xəbər verir ki, Xəyyam Abdullayev (77 kq) qızıl, Rəşad İbrahimov (70 kq) bürünc medala sahib olublar.
Gənclərin mübarizəsində Rəşad İbrahimov (70 kq) qızıl, Rüfət Quliyev (65 kq) bürünc medala layiq görülüblər. Yeniyetmələr kateqoriyasında Nurlan Musayev (55 kq), Rüfət Quliyev (60 kq), Rəşad İbrahimov (70 kq) gümüş, Əhəd Rzayev (70 kq) bürünc medal qazanıblar. Kadetlər arasında Nurlan Musayev (45 kq) qızıl medala layiq görülüb.
Ümumi komanda hesabında isə Azərbaycan yığması 2-ci olub.