DataLife Engine / "The Best": FIFA ötən ilin ən yaxşı futbolçusunu açıqlayacaq

"The Best": FIFA ötən ilin ən yaxşı futbolçusunu açıqlayacaq

FIFA-nın ilin ən yaxşı oyunçusuna təqdim etdiyi "The Best" mükafatının sahibi bəlli olacaq.

Sportaze.az xəbər verir ki, İngiltərənin paytaxtı Londonda keçiriləcək tədbir bu gün Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

Namizədlərin yekun siyahısında İngiltərənin "Mançester Siti" klubunun norveçli hücumçusu Erlinq Holann, Fransanın PSJ komandasından Kilian Mbappe və ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi yer alıblar.

Bundan əlavə, mərasimdə ilin ən yaxşı baş məşqçisi və qapıçısı da müəyyənləşəcək. Həmçinin qadınlar və kişilərdən ibarət ilin rəmzi komandası açıqlanacaq.

Səsvermədə milli komandaların baş məşqçiləri və kapitanları, jurnalistlər iştirak ediblər.

Mükafat 2016-cı ildə təsis edilib. 2016, 2017-ci illərdə portuqaliyalı Kriştianu Ronaldu, 2018-ci ildə xorvatiyalı Luka Modriç, 2019 və 2022-ci illərdə Lionel Messi, 2020 və 2021-ci illərdə isə polşalı Robert Levandovski fərdi titula sahib çıxıblar.


15-01-2024, 11:59
Вернуться назад