Yanvarın 12-də Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 10 -cu turunun növbəti oyunu baş tutub.
Sportaze.az xəbər verir ki, "Sumqayıt" yerli publika önündə, çempionatın liderlərindən sayılan "NTD-İNDİQO" klubunu qəbul edib.
Əlavə vaxtın (95-95) qeydə alındığı gərgin oyunun yekununda, Xaçmaz təmsilçisi "NTD-İNDİQO" 104:95 hesablı qələbəyə sevinib.
Ən məhsuldar basketbolçular - Sumqayıt"dan Smit Roderik (21 xal, 13 ribaund), "NTD-İNDİQO"dan isə Qriffin Remmi (23 xal, 14 asist) olublar.