Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından yeni təyinat alıblar.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən Sportaze.az saytına bildiriblər ki, onlar qadınlar arasında Avropa Kubokunun 1/8 final mərhələsinin matçında ədaləti qoruyacaqlar.
Bu, Şimali Makedoniyanın “Jorçe Petrov” və Çexiyanın “Hazena Kinzvart” komandaları arasında keçiriləcək görüşə təsadüf edəcək.
Qarşılaşma yanvarın 13-də Skopye şəhərindəki “Avtokomanda” İdman Zalında təşkil olunacaq.