DataLife Engine / Fiqurlu konkisürənimiz Litvada Avropa çempionatında iştirak edəcək

Fiqurlu konkisürənimiz Litvada Avropa çempionatında iştirak edəcək

Yanvarın 10-da Litvanın Kaunas şəhərində fiqurlu konkisürmə üzrə Avropa çempionatı start götürəcək.

Sportaze.az xəbər verir ki, nüfuzlu yarışda Azərbaycanı Vladimir Litvintsev təmsil edəcək.

O, yanvarın 10-da qısa və 12-də isə sərbəst proqramda qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatına yanvarın 14-də yekun vurulacaq.


9-01-2024, 12:21
Вернуться назад