DataLife Engine / Nazir Fərid Qayıbov Tacikistanın ölkəmizdəki səfiri İlhom Abdurahmon ilə görüşüb

Nazir Fərid Qayıbov Tacikistanın ölkəmizdəki səfiri İlhom Abdurahmon ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov yanvarın 8-də Tacikistan Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri İlhom Abdurahmon ilə görüşüb.

Sportaze.az saytı Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, qonağı salamlayan nazir ona ölkəmizin gənclər siyasəti və idman sahəsində son illərdə görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Səfir səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Görüşdə səfirliyin birinci katibi Muhiddin Yoqubzoda da iştirak edib.



9-01-2024, 10:30
Вернуться назад