“Qəbələ” komandası futbolçusu Omar Hani ilə yollarını ayırıb.
Sportaze.az xəbər verir ki, “qırmızı-qaralar” iordaniyalı hücumameyilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
24 yaşlı vingerin çıxışı məşqçilər heyətini qane etmədiyi üçün onunla əməkdaşlığa son qoyulub.
Qeyd edək ki, 2021-ci ildə Kiprin APOEL komandasından “Qəbələ”yə keçən oyunçu bu mövsüm 20 matçda 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun bölgə təmsilçisi ilə müqaviləsi bu ilin yayında başa çatmalı idi.