DataLife Engine / İtaliya klubu 19 yaşlı gürcü futbolçu ilə güclənib

İtaliya klubu 19 yaşlı gürcü futbolçu ilə güclənib

Gürcüstanın Kutaisi "Torpedo"sunun futbolçu Saba Qoqliçidze karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Sportaze.az xəbər verir ki, gürcü müdafiəçi “Empoli”yə keçib. Bu barədə klubun   mətbuat xidməti məlumat yayıb.

“Empoli” 19 yaşlı futbolçu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Saba Qoqliçidze “Torpedo”nun yetirməsidir. Gürcüstanın U-21 millisinin mərkəz müdafiəçisi əsas komandanın heyətində meydana çıxdığı 32 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.


8-01-2024, 08:13
Вернуться назад