DataLife Engine / "Şamaxı"nın daha bir rəqibi müəyyənləşib

"Şamaxı"nın daha bir rəqibi müəyyənləşib

“Şamaxı” futbol klubu qış təlim-məşq toplanışı zamanı daha bir yoxlama oyununda gücünü sınayacaq.

Sportaze.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda yanvarın 21-də, saat 14:00-da Şamaxı şəhər stadionunda İkinci Liqa təmsilçisi “Füzuli” ilə qarşılaşacaq.

Xatırladaq ki, "Şamaxı" ilk yoxlama oyununda yanvarın 14-də Saatlıda “Araz Saatlı” ilə üz-üzə gələcək.

 


8-01-2024, 06:59
Вернуться назад