İspaniyalı tennisçi Rafael Nadal və isveçrəli Rocer Federer “Australian Open 2024” turnirində iştirak etməyəcəklər. Bu, 1999-cu ildən bəri ilk dəfə baş verəcək.
Sportaze.az xəbər verir ki, Rafael Nadal Brisbendəki turnir zamanı əzələlərində problem yarandığı üçün açıq Avstraliya turnirini buraxacaq. Bu barədə tennisçi sosial şəbəkə hesabında məlumat verib.
Rocer Federer 2022-ci il sentyabrın 23-dən 25-dək Londonda keçirilən Laver Kubokundan sonra karyerasını başa vurub.