DataLife Engine / Bakı klubu dünya reytinqində ilk üçlükdə

Bakı klubu dünya reytinqində ilk üçlükdə

“Neftçi”nin qadınlardan ibarət 3x3 basketbol komandası dünya reytinqində üçüncü pillədə yer alıb.

Sportaze.az xəbər verir ki, Brianna Freyzer, Erika Karter, Aleksandra Mollenhauer və Dina Ulyanovadan ibarət komanda 543,813 əmsalla ilk “üçlük”də qərarlaşıb.

30 komandanın yer aldığı reytinqə 628,222 əmsalla Kanada millisi başçılıq edir. Çin yığması (591,292) ikinci sırada qərarlaşıb.


7-01-2024, 23:34
Вернуться назад