DataLife Engine / Millimiz Avropa çempionatına hazırlıq üçün Çorum və Ankaranı seçib

Millimiz Avropa çempionatına hazırlıq üçün Çorum və Ankaranı seçib

Ağırlıqqaldırma üzrə yığma komandalarımız Türkiyədə təlim-məşq toplanışına yollanıblar.

Sportaze.az Azərbaycan Ağır Atletika Federasiyasına istinadla xəbər verir ki, hazırlıqlar yanvarın 25-dək davam edəcək.

Kişilərdən ibarət milli komandamız baş məşqçi Maxtı Makkayevin rəhbərliyi altında Çorum şəhərində hazırlıqlar keçəcək.

Qadın ağırlıqqaldıranlarımız isə Ankarada məşq edəcəklər. Hazırlığa baş məşqçi Sərdar Həsənov rəhbərlik edəcək.

Qeyd edək ki, toplanışda məqsəd Bolqarıstanda keçiriləcək Avropa çempionatına hazırlıqdır. Qitə birinciliyi fevralın 12-20-də keçiriləcək.


7-01-2024, 14:02
Вернуться назад