DataLife Engine / Basketbol millimiz Türkiyədə təlim-məşq toplanışı keçirəcək

Basketbol millimiz Türkiyədə təlim-məşq toplanışı keçirəcək

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi fevralın 12-də Türkiyədə təlim-məşq toplanışına yollanacaq.

Sportaze.az xəbər verir ki, fevralın 21-dək İstanbulda keçiriləcək məşqlərdə 16 basketbolçunun iştirakı gözlənilir. Hazırlıq zamanı 2 yoldaşlıq matçı da nəzərdə tutulub.

Qeyd edək ki, toplanış 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələsinin fevralın 22-də İsveçrə və 25-də Kosovoya qarşı oyunlarına hazırlıq xarakteri daşıyır.


7-01-2024, 13:34
Вернуться назад