Yanvarın 9-da qadın voleybolçuların Yüksək Liqasında ikinci dövrənin VIII turuna iki oyunla start veriləcək.
Sportaze.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, günün ilk qarşılaşması saat 15:00-da “Abşeron” və “Milli Aviasiya Akademiyası” komandaları arasında olacaq.
Ardınca saat 17:00-da “Murov Az Terminal”la “Azərreyl” üz-üzə gələcək.
Qeyd edək ki, hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.