“Zirə” futbol klubunun ukraynalı hücumçusu Vladislav Kulaç məşhur "Transfermarkt" portalını yalan məlumat yaymaqda ittiham edib.
Sportaze.az xəbər verir ki, portal daha əvvəl Kulaçın azad agent olması barədə məlumat yaymışdı.
Futbolçu bildirib ki, “Zirə” ilə müqaviləm 2023/2024-cü il mövsümünün sonunadək qüvvədədir. Azad agent olduğum barədə məlumatın niyə dərc edildiyini anlamıram. Çünki hazırda mən “Zirə”nin oyunçusuyam və yazılanlar doğru deyil.
Xatırladaq ki, “Zirə” klubu 19 xalla Azərbaycan Premyer Liqasının turnir cədvəlində ikinci pilləsində yer alıb. “Transfermarkt” portalı oyunçuların transfer qiymətləri və statistik göstəricilər ilə bağlı ən etibarlı məlumatları ilə tanınır.