Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sabah” futbol klubunun hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyunundakı rəqibinə aydınlıq gəlib.
Sportaze.az kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi ilk matçında Rumıniya “Rapid”i (Buxarest) ilə qarşılaşacaq.
Görüş yanvarın 9-da, Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla saat 17:00-da) “Mardan” İdman Kompleksinin ehtiyat meydançasında baş tutacaq.