“Neftçi” Türkiyənin Antalya şəhərinin Belek bölgəsində qış təlim-məşq toplanışına start verib.
Sportaze.az-ın məlumatına görə, “Gloria Sport Arena”da keçirilən ilk məşq günündə bir müddətdir zədəli olan Qara Qarayev və Fərid Yusifli fərdi hazırlıq keçiblər.
Azərbaycan Premyer Liqasının 18-ci turunda “Kəpəz”lə oyunda sıradan çıxan Reziuan Mirzov müalicəsini davam etdirir.
Komandanın daha 3 üzvü - Klian Lebon, Andre Şinyaşiki və Yuri Matias isə toplanışın növbəti günlərində kollektivə qoşulacaqlar.