“Aston Villa” futbol klubu yenidən klubun emblemini dəyişəcək.
Sportaze.az xəbər verir ki, yeni loqo azarkeşlərlə məsləhətləşmələr şurasının iclasında təqdim olunub.
İngiltərə klubu loqosonu mövsümün əvvəlində yeniləmişdi. Emblemdə klubun atributları dairəvi formada yer almışdı. Yeni təsdiq olunan loqo isə 2016-2023-ü illərdə istifadə olunun variantla, demək olar ki, eynidir. Şir təsviri ilə yanaşı, klubun adın emblemdə tam şəkildə nümayiş olunacaq.