DataLife Engine / “Sərhədçi” basketbol klubunda baş məşqçi dəyişikliyi olub

“Sərhədçi” basketbol klubunda baş məşqçi dəyişikliyi olub

Mövsümün ikinci yarısına hazırlaşan “Sərhədçi” basketbol klubunda baş məşqçi dəyişikliyi baş verib. Sportaze.az kluba istinadla xəbər verir ki, serbiyalı çalışdırıcı Vladimir Boşnyakla yollar ayrılıb.

Onu bu postda türkiyəli məşqçi Evren Alkaya əvəz edib.

Qeyd edək ki, Evren Alkaya həm də qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisidir.


4-01-2024, 13:33
Вернуться назад