MMA döyüşçümüz Qazaxıstanda kəmər uğrunda döyüşə çıxacaq.
Qazaxıstanın Almatı şəhərində Oktaqon Liqasının 53-cü seriyası keçiriləcək. Sportaze.az xəbər verir ki, Azərbaycanı turnirdə Emin Şərifov, Fərid Əlibabazadə və Royal Leylizadə təmsil edəcək. Turnirin əsas döyüşü R. Leylizadə (57 kiloqram) ilə Özbəkistan idmançısı Anvar Abdullaev arasında kəmər uğrunda olacaq.
Qeyd edək ki, yarış dekabrın 23-də keçiriləcək.