MÜSAHİBƏLƏR - SPORTAZE

Alfonso Dominqes: Azərbaycan xalqı mənə çox inandı
"Azərbaycan adını təmsil etmək böyük hissdir".

Sportaze.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqes çıxışı barədə jurnalistlərə açıqlamasında deyib.

O, dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib: "Sizin dəstəyiniz sayəsində bura kimi gəldim. Azərbaycan Bayrağını təmsil etmək gözəl duyğudur. Bu ölkə mənə çox inandı və bunun qarşılığında medal qazandım. Hər birinizə minnətdaram".

Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.

Qaşım Maqomedov: Olimpiya Oyunlarında Azərbaycan Bayrağını dalğalandırdığım üçün fəxr edirəm
“Təəssüratlarım çox yaxşıdır. Təbii ki, qızıl medal qazanmaq istəyirdim. Amma gümüş mükafat da pis nəticə deyil”.

Sportaze.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

58 kiloqram çəki dərəcəsində fəxri kürsüyə qalxmış idmançı bildirib ki, yüksək nəticələr qazanmaq üçün hər il əzmlə çalışır: “Federasiya bu idman növünün inkişafı üçün əlindən gələni edir. İnanıram ki, taekvondo Azərbaycanda ən populyar idman növlərindən bir olacaq”.

“İdman mənim həyatımdır. Çoxdandır taekvondoda Olimpiya medalımız yox idi. Şükürlər olsun ki, bunu məhz mən bacardım. 10 ilə yaxındır buradayam. Olimpiya Oyunlarında Azərbaycan Bayrağını dalğalandırdığım üçün fəxr edirəm”, - Q.Maqomedov əlavə edib.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.

"Qarabağ"ın futbolçusu: "Növbəti mövsümdə də çempion olmaq istəyirik"
Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ"ın futbolçusu Abbas Hüseynov "Report"un suallarını cavablandırıb.

28 yaşlı müdafiəçi mükafatlandırma mərasimindən sonra Ağdam təmsilçisində növbəti dəfə çempion olmasından, avrokuboklardakı hədəflərdən danışıb.

Cinah müdafiəçisi iki il Azərbaycan millisinə dəvət almamasına da toxunub.

- Altıncı dəfə "Qarabağ"la Azərbaycan Premyer Liqasının qalibi oldunuz. Təəssüratlarınız necədir?

- Bu ailənin bir üzvü, parçası olduğum üçün xoşbəxtəm. İnanılmaz hisslərdir. Hər azərbaycanlı futbolçuya bu anları yaşamağı arzulayıram.

- Sizcə, budəfəki çempionluq digərlərinə nisbətən daha asan başa gəldi? Digər komandalar rəqabətdə sizə çox uduzdular.

- Mən belə deməzdim. Elə oldu ki, biz yaxşı oynadıq. Məğlub olduğumuz qarşılaşmalar da var idi. Şükürlər olsun ki, vaxtından əvvəl çempionluğu təmin etdik. Növbəti ildə də bu titula sahib çıxmaq istəyirik.

- Zədənizi sağaldandan sonra baş məşqçi Qurban Qurbanov sizə start heyətində tez-tez şans verir. Növbəti mövsüm əsas "11-lik"də yer almaq üçün çalışacaqsınız?

- Qurban müəllimə bunun üçün təşəkkür edirəm. Zədədən sonra güvənir, şans verir. Mən də özümü yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni edirəm. İnanıram ki, növbəti mövsüm daha da güclənəcəyəm və əsas heyətin dəyişməz üzvü olacağam.

- İyulda avrokuboklarda mübarizəyə start verəcəksiniz. Komandanın növbəti mövsüm Avropada hədəfi nə olacaq?

- Artıq Avropada hər ölkənin komandaları futbol oynamağı bacarırlar. Əsas istəkdir. İstəyimiz olsa, yaxşı nəticələr əldə edə bilərik. Necə ki, bu mövsum bunu göstərmişik.

- Zədəyə görə iki il Azərbaycan millisindən də kənarda qalmısınız. Artıq geri dönmək haqqında düşünürsünüz?

- Əlbəttə. Növbəti ay toplanışa dəvət almaq istəyirəm. Yığmada oynamaq hər futbolçunun arzusudur. Fəxr edirəm ki, azərbaycanlıyam. Nə vaxt çağırsalar, ürəklə oynayacağam. İnanıram ki, Arif Əsədov mənə də dəvət göndərəcək. Zədədən qayıdandan sonra daha güclü olduğumu sübut etmək niyyətindəyəm.

Rusiyanın məşhur güləşçisi: Bakıdakı turnirdə iştirakıma qadağa gözlənilməz oldu
Rusiyanın sərbəst güləş üzrə ikiqat olimpiya və beşqat dünya çempionu Abdülraşid Sadulayev Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində onun iştirakına qadağa qoyulmasının sürpriz olduğunu bildirib.

Sportaze.az xəbər verir ki, idmançı bu barədə TASS-a müsahibəsində bildirib.

“Bəli, bu ədalətsizlikdir və gözlənilməzdir. BOK-un tələblərinə cavab verməyən rusiyalı güləşçilərin yoxlanılmasına əvvəldən başlanılıb və sonra mən qara siyahıya düşmədim və dünya çempionatda iştirak edə bildim”, - o deyib.

Sadulayevin rəyinə görə, qərara gəlib ki, komitənin ona qarşı heç bir şikayəti yoxdur. Lakin sonradan Rumıniyada Avropa çempionatında iştirakdan sonra Bakıdakı yarışa buraxılmayıb.

"Mənə tez-tez deyirlər ki, pandemiya olmasaydı, yığmamız beynəlxalq yarışlardan kənarlaşdırılmasaydı, sərbəst güləşdə bir çox rekordları yenidən qıra bilərdim. Nəhayət, Avropa Olimpiya Təsnifat turnirinə buraxılmamağımla bağlı bu hadisə. Ancaq bu barədə çox düşünmürəm, sadəcə, mübarizə aparmaq, qalib gəlmək və azarkeşləri sevindirmək istəyirəm", - idmançı deyib.

Onun fikrincə, ədalətsizlikdən şikayət etməkdənsə, hazırda mövcud olan vəziyyəti qəbul edə bilmək vacibdir. Sadulayev olimpiadada iştirak etmək üçün mübarizəni davam etdirmək niyyətində olduğunu vurğulayıb.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat turniri aprelin 5-də başlayıb və 7-də başa çatacaq.

Rövşən Nəcəf: Azərbaycan futbolunda ilk olaraq hədəfləri müəyyənləşdirməliyik
Hamının çiyin-çiyinə, əl-ələ verib Azərbaycan futbolunun inkişafı üçün işləməsi zəruridir. İlk olaraq hədəfləri müəyyənləşdirməliyik.

Sportaze.az xəbər verir ki, bunu AFFA-nın yeni prezidenti Rövşən Nəcəf qurumun növbəti Konfransında deyib.

O, qarşıda duran hədəflərdən bəhs edib: "Mənə göstərilən etimada görə təşəkkürümü bildirirəm. Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan idmanı inkişaf edir. Bu baxımdan futbol da inkişafdadır. Hər an bilməliyik ki, doğru yoldayıqmı, hədəfə çata biləcəyikmi".

Funksioner uşaq futbolunun inkişafına xüsusi önəm veriləcəyini söyləyib: "Bundan başqa, azarkeşlərlə də işləməliyik. Avropada gördüyümüz azarkeş marağını Azərbaycan çempionatının matçlarında da müşahidə etmək üçün çalışmalıyıq. Eyni zamanda teleyayımın keyfiyyətinin artırılması üçün müəyyən tədbirlər görməyi vacib bilirik".

Rövşən Nəcəf qadın futbolunda da uğurlu çıxışın davamı üçün hər cür dəstək nümayiş etdiriləcəyini sözlərinə əlavə edib: "Bütün bunlar bir günün işi deyil. Necə ki, klub səviyyəsində uğurlar zamanla, zəhmətlə əldə edildi. Milli komandamız FIFA reytinqində layiqli yerdə deyil. Zamanla bunun da düzələcəyinə inanırıq".

Elvar Osmanov: Bu gün Azərbaycanda idman uğurla inkişaf edir
5 Mart - Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsinə dair 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalib və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

Bu sözləri qadın voleybolçulardan ibarət “Gəncə” klubunun prezidenti Elvar Osmanov AZƏRTAC-a müsahibəsində deyib.

Ölkəmizdə idman siyasətinin təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən “Gəncə” klubunun rəsmisi hazırda bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb: “Bu diqqət və qayğının nəticəsidir ki, idmançılarımız beynəlxalq arenada böyük uğurlar qazanır, Azərbaycanı layiqincə təmsil edirlər. Ölkəmiz dünyanın ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. İndi Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib”.

“Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin çoxsaylı fəaliyyətində idman sahəsində gördüyü işlər də bu ölkənin vətəndaşlarını qürurlandırır. Ümummilli Lider deyirdi: “İdman hər bir ölkənin inkişafı üçün çox vacib olan sahədir. Bu elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, bayrağı qaldırılır və Vətənimiz dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”.

Bu gün Azərbaycanda idman uğurla inkişaf edir. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və idmançılarımızın qələbələri xalqımızı ürəkdən sevindirir. Əminliklə deyə bilərik ki, Azərbaycanın idman şöhrəti yüksək səviyyədədir. Təsadüfü deyil ki, son illər ərzində ölkəmizdə müxtəlif mötəbər beynəlxalq idman yarışları keçirilir, Vətənimiz dünya və Avropa çempionatlarına ev sahibliyi edir. İdman sahəsində ən böyük nailiyyətlərimizdən biri ölkəmizin Olimpiya və Paralimpiya oyunlarında iştirakıdır. Olimpiya və Paralimpiya Oyunları dünyanın nəinki ən mötəbər idman yarışıdır, hətta bəlkə də, dünyanın diqqətini cəlb edən birinci dərəcəli tədbirdir”, - deyə Elvar Osmanov əlavə edib.

Ölkədə voleybolun da yetərincə sevildiyini qeyd edən klub prezidentinin sözlərinə görə, hazırda Azərbaycan Voleybol Federasiyası uğurlu layihələri ilə fərqlənir: “Azərbaycanda idmanın bu növünün inkişaf etdirilməsi və kütləviləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Təkcə paytaxtda deyil, bölgələrdə də yeni istedadların üzə çıxarılması üçün vacib işlər görülür. “Gəncə” klubu da bu təşəbbüsə qoşularaq, aşağı yaş qruplarından ibarət komandaların formalaşdırılması üçün yeniyetmə oğlan və qızları məşqlərə dəvət edir. Gəncə orta məktəblərində ulduz voleybolçuların və məşqçilərin iştirakı ilə görüşlər təşkil olunur, oyunçular şagirdləri sağlam həyat tərzinə, voleybolla məşğul olmağa dəvət edirlər".

Elvar Osmanov qeyd edib ki, qarşıda duran əsas hədəflərdən biri isə “Paris 2024” Yay Olimpiya Oyunlarında uğurlu çıxış etməkdir. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, idman cəmiyyətləri, klublar, federasiyaların birgə fəaliyyəti əsl uğur düsturudur.

Fərid Qayıbov: Sevindirici haldır ki, artıq Xankəndidə idman tədbirləri keçirə bilirik
Yarışda iştirak edən hər bir idmançını sonadək mübarizə apardığına görə təbrik edirəm.

Sportaze.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Xankəndi–Bakı ultramarafonu ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O, 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Azərbaycan xalqını təbrik edib: "İdman həftəsi çərçivəsində keçirilən çoxluq təşkil edir. Məqsədimiz insanları idmana səsləmək və onlarda maraq oyatmaqdır. Həftə ərzində tədbirlərimiz daha çox olub, nəinki il ərzində. Ölkəmiz artıq suverendir. Sevindirici haldır ki, artıq Xankəndidə idman tədbirləri keçiririk. Ötən il Azərbaycan Kuboku çərçivəsində MOİK – “Qarabağ” oyunu da Xankəndidə təşkil olundu. Ultramarafonda isə 60-dan çox idmançı yarışırdı. Meksikadan, Türkiyədən iştirakçılar dəvət etdik. Hamı sonadək mübarizə apara bilmədi. Bu da marafonun çətin olması ilə bağlı idi”.

Qeyd edək ki, fevralın 29-da startı verilən Xankəndi – Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 kilometr məsafə qət ediblər. Marafonda müxtəlif ölkələrdən ümumilikdə 64 idmançı iştirak edib..

Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir
Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir.

Bu sözləri Sportaze.az saytına Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov deyib.

Müşfiq Cəfərov bildirib ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilir. Həmçinin Azərbaycan bu günü Avropanın bir çox ölkəsindən daha əvvəl təsis edib. Ölkəmizdə Gənclər Günü BMT-dən iki il əvvəl təsis edilib. Bu günün təsis olunmasından ötən 27 illik dövrə nəzər yetirdikdə Azərbaycanda gənclər siyasətinin bütün istiqamətlərdə kifayət qədər inkişaf etdiyini görmək olar.

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayan deputat deyib: “Ulu Öndər gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib”.

Milli Məclisin deputatı vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycanda könüllülük fəaliyyətində gənclərin də böyük payı olduğunu deyən Müşfiq Cəfərov ölkəmizin ev sahibliyi etdiyi bir sıra mötəbər tədbirlərə - “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, Formula 1 və digər kütləvi idman tədbirlərinə on minlərlə könüllünün cəlb olunduğunu bildirib. O, bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü gənclər bazası formalaşdığını qeyd edib.

Gənclərimizin beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etmələrinin, xaricdə təcrübə keçmələrinin, təhsil almalarının da həmişə Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu vurğulayan F.Cəfərov qeyd edib: “Dövlət gənclər siyasətinin ən böyük uğuru Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində vətənpərvər gənc nəslin yetişməsidir”.

“Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda 50-dək Olimpiya idman kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır”, -deyə Milli Məclisin deputatı əlavə edib.

Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissinin artdığını diqqətə çatdıran Müşfiq Cəfərov vurğulayıb ki, gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.

Bu gün Azərbaycanın inkişafı hərtərəfli səciyyə daşıyır. Ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət Azərbaycanı regionun lider dövləti səviyyəsinə yüksəldib. Azərbaycanın iqtisadi sahədə qazandığı möhtəşəm uğurlar beynəlxalq səviyyədə də etiraf olunur. Ölkə həyatının bütün sahələrində əldə olunan bu uğurların arxasında Prezident İlham Əliyevin gərgin fəaliyyəti, milli maraqları qətiyyətlə qoruması amili dayanır. Ölkəmizdə bərqərar olan güclü xalq-iqtidar həmrəyliyi fevralın 7-də Prezident seçkilərin nəticələrinə öz müsbət təsirini göstərəcək. Respublikamızda qazanılan uğurları, ölkəmizin firavanlığını nərəzə alaraq fevralın 7-də bütün gəncləri cənab İlham Əliyevə səs verməyə çağırıram.

Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində bütün addımlar atılır və gələcəkdə də lazımi işlər görüləcəkdir. Məsuliyyəti artan gənclik isə bu diqqət və qayğını yüksək qiymətləndirir, ölkəmizin inkişafına, beynəlxalq aləmdə nüfuzunun daha da artmasına və qarşıya qoyulan vəzifələrin real həyata vəsiqə qazanmasına öz töhfələrini verir.

Tofiq Bəhramovun nəvəsi: İnsanlar onunla görüşmək üçün binamızın qarşısında gözləyirdilər
“12 yaşıma qədər babamla bir yerdə yaşamışam. Onun nəvəsi olmaq qürurvericidir. Babamın evində doğulub, orada böyümüşəm. Sözsüz ki, T.Bəhramovla bağlı xatirələr dünən kimi yadımdadır”.

Sportaze.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun özü ilə eyni ad və soyadı daşıyan nəvəsi babasının anadan olmasının 99-cu ildönümü ilə bağlı danışarkən deyib.

Tanınmış referi ilə bağlı xatirələrini bölüşən T.Bəhramov onun öz işində olduqca ciddi və qətiyyətli olduğunu bildirib: “Amma ailə üzvlərinə qarşı çox mülayim idi. Nəvələrinə olan sevgisi isə tamam başqa idi. Tofiq Bəhramov həmişə ailəsini sevən, qohumlarını, tanışlarını məclislərdə bir araya toplayan insan olub. Babamın yeganə oğul nəvəsiyəm, buna görə də öz adını mənə verib. Bu adı fəxrlə daşıyıram”.

O, insanların Tofiq Bəhramova böyük hörmət bəslədiyini söyləyib: “Biz Üzeyir Hacıbəyli küçəsində, Hökumət Evinin arxasında yaşayırdıq. Evimiz Bakı bulvarına yaxın olduğu üçün hər axşam dəniz kənarına gəzməyə gedirdik. Bu zaman babamı görən insanlar bizə yaxınlaşıb, salamlaşırdılar, onunla söhbət edirdilər. Demək olar ki, şəhərdə hər kəs onu tanıyırdı. Yadımdadır, səhərlər işə gedəndə futbol həvəskarları sırf onunla söhbət edə bilmək, salamlaşmaq üçün binamızın qarşısında gözləyirdilər. Mən o vaxt balaca idim. Amma evimizin pəncərəsindən babamın həmin azarkeşlərlə söhbətini izləyirdim”.

Nəvəsinin sözlərinə görə, T. Bəhramovun 1966-cı il dünya çempionatında verdiyi məşhur qərar yüz il də keçsə də, danışılacaq və yaddaşlarda qalacaq: “Babam düzgün qərar vermişdi. Özü də həmişə bunu vurğulayırdı. Düzdür, bu gün futbolda qaydalar dəyişilib, qol hesab edilməsi üçün top qapı xəttini keçməlidir. Amma ovaxtkı qaydalara əsasən, verdiyi qərar doğru idi”.

T.Bəhramov babasının İngiltərədə çox sevildiyini vurğulayıb: “O, hələ də futbolsevərlərin xatirələrində yaşayır. Hər il İngiltərədən jurnalistlər Bakıya gələndə bizimlə görüşürlər. Elə vaxt olub ki, başqa məsələ ilə əlaqədar ölkəmizi ziyarət ediblər. Buna baxmayaraq, qonağımız olublar. Hətta İngiltərədə canlı efirə də qoşulmuşam. Onlar məndən Tofiq Bəhramovla bağlı müsahibə götürmüşdülər. Müsahibə zamanı babamdan xatirə qalan bir əşyanı canlı yayımda göstərməyimi xahiş etdilər. Mən də onlara T.Bəhramovun 1966-cı ildə məşhur qərarı verdiyi oyundakı formasını göstərdim”.

Qeyd edək ki, Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da Ağdamda anadan olub. 1966-cı ildə keçirilmiş dünya çempionatında Almaniya və İngiltərə milli komandaları arasında final oyununda Cefri Hertsin qolunu qeydə alan mərhum referi bu qərarı ilə daha da məşhurlaşıb. Daim prinsipiallığı, obyektivliyi ilə seçilən hakim oyundan sonra kraliça II Yelizavetanın şəxsən təqdim etdiyi "Qızıl fit" mükafatına layiq görülüb. T.Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.

Nicat Abasov: Şahmat üzrə İddiaçılar Turniri karyeramın əsas yarışıdır
Aprelin 2-25-i aralığında Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turniri keçiriləcək. 8 şahmatçının mübarizə aparacağı yarışın qalibi şahmat tacı uğrunda matçda dünya çempionu Dinq Lirenə rəqib olacaq.

İddiaçılar Turnirində ölkəmizi milli komandanın şahmatçısı Nicat Abasov təmsil edəcək. N.Abasov Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına yarışla bağlı müsahibə verib.

Sportaze.az həmin müsahibəni təqdim edir:

- Karyeranızda ilk dəfə İddiaçılar Turnirində iştirak edəcəksiniz. Mötəbər yarışda iştirak sizin üçün nə deməkdir?

Hər bir peşəkar idmançının ən böyük arzusu dünya çempionu olmaqdı. Şahmatda dünya çempionluğuna gedən yol İddiaçılar Turnirindən keçir və bu artıq son mərhələnin bir addımlığında olan mübarizədir.

- Yəni demək olar, karyeranızın əsas yarışıdı?

Bu fikirlə razıyam. İddiaçılar Turnirində iştirak karyeramın dönüş nöqtəsidi. Şübhəsiz ki, karyeramın ən əsas yarışıdır.

- İddiaçılar Turnirində iştirak edən şahmatçılar barədə fikrinizi bilmək maraqlıdı...

Yarışda olduqca gənc kollektiv var. Səhv etmirəmsə yaşa görə beşinciyəm. Məndən cavan üç şahmatçı iştirak edir. Çox gənc heyət mübarizə aparacaq. Heyətdə olduqca iddialı şahmatçılar yer alıb. Gərgin mübarizə olacaq. Fikrimcə Hindistanın üç şahmatçısının iştirakçı olması xüsusi amildi. Adətən Hindistanı həmişə dünya çempionu Vişvanatan Anand təmsil edirdi. İndi isə üç iddiaçıları yarışacaq. Turnirdə təcrübəsi heç olmayan 4 şahmatçı var.

- Sizə görə ən çətin rəqib kimdir?

Ən çətin rəqib ilk növbədə özüməm. Yəni gücümü toplayaraq istədiyim oyunu nümayiş etdirsəm hər bir partiyada bərabər mübarizə ola bilər.

- Sizə qədər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov İddiaçılar Turnirində iştirak edib. Yarışın atmosferini hiss etmək üçün onlarla söhbətiniz olub?

Həm Teymur, həm Şəhriyarın bu yarışla bağlı böyük təcrübəsi var. Hər ikisi dəfələrlə İddiaçılar Turnirində mübarizə aparıb. Ötən İddiaçılar Turnirində Teymur Rəcəbovun komandasında yer almışdım, “sekundant”ı olduğum üçün bilavasitə yarışla maraqlanırdım. Prosesin gedişatında iştirak etməklə müəyyən təcrübə qazanmışam. Əlbəttə iştirakçının fərqli öhdəlikləri var. Şübhəsiz mənim iştirakımda onların təcrübəsi əvəzsiz rol oynayacaq.

- Sizin üçün əsas məqsəd nədir?

Yarış üçün əsas məqsədim hazırlıq prosesində əlimdən gələni etməyimdən başlayır. Maksimum yaxşı hazırlaşaraq turnirdə bəhrəsini görmək istəyirəm. Turnirdən sonra geri baxanda elə bir məqam olmasın ki, kaş ki fərqli edərdim düşünüm. Buna görə maksimum dərəcədə hazırlıqlı olaraq mümkün qədər yaxşı nəticə göstərməyi arzulayıram.

- Hazırlığa nə vaxtdan başlayırsınız?

Artıq hazırlıq başlayıb. Hazırlıqla bağlı yaradılan şəraitə görə Azərbaycan Şahmat Federasiyasına və şəxsən AŞF rəhbəri Mahir Məmmədova çox sağ ol deməliyəm. Federasiya dəstəyini əsirgəmir.

- Müsahibəyə görə təşəkkür edirik. Şahmat həvəskarlarına nə demək istərdiniz...

Dünya Kubokunda göstərilən dəstəyə yenidən ehtiyacım var. Tək mən deyil, ölkəmizin bütün şahmatçılarına dəstək vacibdir. Bəzən uğursuzluq olur, amma inamı heç vaxt itirməyin. Hər birimiz uğurlu olmaq üçün çalışırıq. Onların dəstəyi bizə əlavə güc verir.