BASKETBOL - SPORTAZE

"Sabah" üç basketbolçu ilə müqavilənin müddətini uzadıb
"Sabah" klubu üç basketbolçusu ilə müqavilənin müddətini uzadıb.

Sportaze.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Endər Poladxanlı, Şirzad Şirzadov və Əlikamran Məmmədov 2024/2025 mövsümündə də komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, "Sabah" başa çatan mövsümdə Azərbaycan Basketbol Liqasının qalibi olub.

Azərbaycan Basketbol Liqasında sabah mövsümün çempionu müəyyənləşə bilər
Mayın 24-də "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) final seriyasında 4-cü oyun baş tutacaq.

Sportaze.az xəbər verir ki, "Sabah" və "Xəzri" komandaları arasında keçirilən final seriyasındakı ümumi hesab 2-1 "Sabah" klubunun xeyrinədir.

Əgər son çempion "Sabah", final seriyasının 4-cü görüşündə debütant "Xəzri" üzərində qələbə qazanarsa, o zaman çempionluğu bayram edəcək. "Xəzri" isə final seriyasında ümumi hesabı bərabərləşdirməyi bacarsa, final seriyası 5-ci oyuna qədər uzanacaq.

Qeyd edək ki, super seriyada 4-cü oyun 24 may saat 19:30 'da başlayacaq və CBC Sport telekanalı ilə canlı yayımlanacaq

Azərbaycanlı basketbolçunun komandası Türkiyə Superliqasına vəsiqəni təmin edib
Azərbaycanlı basketbolçu Orxan Aydının formasını geyindiyi “Yalovaspor” Türkiyə Superliqasına vəsiqəni təmin edib.

Sportaze.az xəbər verir ki, komanda I Liqanın XXXIII turunda “Finalspor” üzərində qələbə qazanaraq buna nail olub.

Rəqibini 74:65 hesabı ilə məğlub edən Yalova təmsilçisi mövsümdə 28-ci qalibiyyətini qazanıb və sona bir tur qalmış çempionluğu rəsmiləşdirib.

Azərbaycan millisi Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazanıb
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxıb.

Sportaze.az saytının məlumatına görə, yığma finalda Polşa kollektivi ilə üz-üzə gəlib.

Rəqibinə 18:17 hesabı ilə qalib gələn komandamız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Beləliklə, ölkəmiz ilk dəfə komanda idman növündə olimpiadada təmsil olunacaq.

"Fənərbağça"nın basketbolçusu Avroliqada rekord müəyyənləşdirib
Türkiyənin "Fənərbağça" klubunun basketbolçusu Naycel Heys-Devis Avroliqada məhsuldarlıq rekordu müəyyənləşdirib.

Sportaze.az xəbər verir ki, 29 yaşlı amerikalı bunu Avroliqanın müntəzəm çempionatında "Alba"nı (Almaniya) 103:68 hesabı ilə məğlub etdikləri matçda gerçəkləşdirib.

O, 50 xal toplamaqla görüşün ən məhsuldar oyunçusu olub. Heys-Devis bir oyunda 49 xal toplayan "Anadolu Efes"in və Türkiyə millisinin üzvü Şeyn Larkinin rekordunu yeniləyib.

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər
16 və 18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan yığmaları Türkiyənin İstanbul şəhərində keçirilən təlim-məşq toplanışını başa vurublar. Azərbaycan Basketbol Federasiyasından Sportaze.az saytına bildirilib ki, Evren Alkayanın rəhbərlik etdiyi kollektiv bu gün Bakıya qayıdacaq. Hər iki yığma 8 yoxlama oyununun yalnız birində məğlub olub. Yüksək Liqa təmsilçisi "Galatasaray"ın U-16 komandası üzərində önəmli qələbə qazanan milli komanda yalnız "Emlak Konut"la bacarmayıb.

U-16

Azərbaycan - "Qalatasaray" - 65:54

Azərbaycan - "Besaş" - 82:56

Azərbaycan - "Bursa Uludağ" - 69:57

Azərbaycan - "Emlak Konut" - 54:66

U-18

Azərbaycan - "Besaş" - 72:61

Azərbaycan - "Bursa Uludağ" - 84:70

Azərbaycan - "İstanbul Allstar" - 75:74

Qeyd edək ki, qardaş ölkədə 14 yoxlama matçı keçirən kollektivlər yalnız bir dəfə uduzublar.

Yığmamız Olimpiadaya hazırlığın birinci mərhələsini başa vurub
Qadınlardan ibarət 3x3 basketbol yığmamız Serbiyadakı hazırlıqların ilkin mərhələsini yekunlaşdırıb.

Sportaze.az xəbər verir ki, komandamızın təlim-məşq toplanışının birinci mərhələsi Novi Sad şəhərində baş tutub.

Hazırlıq prosesində Dina Ulyanova, Tatyana Deniskina, Alexi Mollenhauer və Mersedes Ualker iştirak ediblər.

Bakıya qayıdan kollektiv 23-24 mart tarixlərində Fransanın Tuluza şəhərində keçiriləcək hazırlıq turnirində iştirak edəcək.

Basketbolçularımız martın 26-da Serbiyada toplanışın ikinci hissəsinə start verəcək.

Qeyd edək ki, təlim-məşqlər “Paris-2024” Olimpiya oyunlarına vəsiqə verən təsnifat mərhələsinə hazırlıq xarakteri daşıyır.

Olimpiadaya lisenziya yarışları 12-14 aprel tarixlərində keçiriləcək.

Azərbaycan Basketbol Liqası: “Sabah” klubu "Cəlilabad"ı məğlub edib
Azərbaycan Basketbol Liqasında XV turun daha bir oyunu keçirilib.

Sportaze.az xəbər verir ki, Cəlilabadda eyniadlı komanda liderlər qrupunda qərarlaşan “Sabah”ı qəbul edib.

Meydan sahibləri güclü rəqibə uzun müddət müqavimət göstərmələrinə baxmayaraq, sonda meydanı məğlub tərk ediblər. 90:76 hesablı qələbə qazanan “Sabah” xallarının sayını 27-yə yüksəldib. “Cəlilabad”ın isə hesabında 20 xal var.

Qeyd edək ki, tura martın 17-də keçiriləcək “Şəki” – “Sumqayıt” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Kuboku: "Neftçi" və "Xəzri" klubları yarımfinala yüksəliblər
"Sərhədçi" İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda növbəti iki oyun keçirilib.

Sportaze.az xəbər verir ki, günün ilk görüşündə "Neftçi" 82:71 hesabı ilə "Cəlilabad"ı məğlub edib.

Bu qələbə ilə "Neftçi" qrupdan çıxmağı təmin edib. Ən məhsuldar basketbolçular "Neftçi"dən Ceyms Haforn (17 xal, 7 ribaund), "Cəlilabad"dan Rişon Conson (18 xal, 6 ribaund) olublar.

Günün ikinci oyununda qrupun lideri "Xəzri" "Xırdalan"a 75:64 hesabı ilə qalib gələrək kubokun yarımfinalına vəsiqəni təmin edib. Ən məhsuldar basketbolçular "Xırdalan"dan Cakori Arçi (21 xal, 8 ribaund), "Xəzri"dən Ceremi Maklaflin (22 xal, 17 ribaund) olublar.

Qeyd edək ki, A qrupunu lider tamamlamaq uğrunda oyun,"Xəzri" və "Neftçi" klubları arasında baş tutacaq.

Rimas Kurtinaytis “Sabah” basketbol klubunun baş məşqçisi təyin olunub
Azərbaycan millisinin sabiq baş məşqçisi Rimas Kurtinaytis “Sabah” basketbol klubunun baş məşqçisi təyin olunub.

Sportaze.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 63 yaşlı litvalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Avropa basketbol tarixinin ən yaxşı “shooter”lərindən hesab olunan olimpiya və Avropa çempionu oyunçu kimi “Jalgiris” (Litva), ÇSKA (Rusiya), “Real” (İspaniya) klublarının şərəfini qoruyub.

Rimas Kurtinaytis 3 dəfə Avropa Kubokunu qazanan yeganə məşqçi kimi adını tarixə yazdırıb. O, 2008/2009 mövsümündə “Letuvos Ritas” (Litva), 2011/2012 və 2014/2015 mövsümlərində isə “Ximki” (Rusiya) klubu ilə Avropa Kubokunun qalibi olub. 2010/2011 mövsümündə “Ximki” ilə VTB Liqasında çempionluğu qazanıb. Kurtinaytisin məşqçi kimi hesabında VTB Liqasında 100-dən çox qələbə var.

Litvalı basketbol mütəxəssisi 2002-2006-cı illər aralığında Bakının “Qala” klubunun baş məşqçisi olub.